
“Neftin qiyməti 25 dollara düşsə belə, bu fəlakətə səbəb olmayacaq, çünki neftin iqtisadiyyata öz yerini itirib”.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Mərkəz Bankı sədri Elvira Nabiullina deyib. Elvira Nabiullina neft qiymətlərinə bağlı iqtisadi artım modelinin artıq təsirli olmadığını, yeni modelin hazırlanmasının vacib olduğunu bildirib:
“Köhnə iqtisadi artım modeli artıq təsirli deyil. Davamlı artan neft qiymətlərinə, istehlak artımına və istehlakçı kreditlərinin artımına söykənən köhnə modelin yerinə investisiya əsaslanan modelin yaradılması gərəkir”.
Rusiya Mərkəz Bankı məlumatına görə, 2016-ci ilin ikinci yarısında ümumdaxili məhsulda (ÜDM) artım gözlənilir. Lakin 2017-ci ildə ÜDM artım tempini çox yüksək olmayacağı və yüzdə 1 səviyyəsində qalacağ.
Anar
Gununsesi.info












