İranın daxili işlər naziri Azərbaycanda səfərdədir

  • Müəllif: admin
  • 03 Oktyabr 2016 09:30
iran-icisleri-bakani
İranın Daxili işlər naziri Abdolreza Rəhmani Fəzli Azərbaycanda rəsmi səfərdədir.
Bu barədə Gununsesi.info-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Hazırda iranlı nazir Azərbaycan dövlət başçısı İlham əliyevlə görüşdədir. İkigünlük səfər çərçivəsində iranlı nazir aəzrbaycanlı həmkarı Ramil Usubov, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və digər rəsmilərlə görüş keçirəcək.
Görüşlərdə iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, xüsusən də mütəşəkkil cinayətkarlığa, terrorizmə,  daxili işlər orqanları arasında əlaqələrin daha da inkişaf etdirlməsi  kimi məsələlər müzakirə olunacaq.
Gununsesi.info