
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin iclasında Bakıda Nuri Paşaya abidə qoyulması təklifi ilə çıxış edib.
Gununsesi.info-nun məlumatına görə, Milli Məclisdə çıxışı zamanı millət vəkili Q. Paşayeva bir neçə gün əvvəl İstanbulda Nuri Paşanın qəbirüstü abidəsinin açılışının yüksək səviyyədə keçməsi ilə bağlı məlumat verib.Tədbirdə iştirak etdiyini deyən millət vəkili Q.Paşayeva qəbirüstü abidədə Azərbaycan və Türkiyə bayraqlarının bərabər dalğalanmasının böyük önəmini xüsusi vurğulayıb. Nuri Paşanın rəhbərliyi altında Qafqaz Türk İslam ordusunun Azərbaycana dəstəyə gəlməsinin, Bakının erməni daşnakların və havadarlarının törətdiyi dəhşətli cinayətlərdən xilas olmasının 100 illiyinin yaxınlaşdığını deyən millət vəkili Q.Paşayeva bildirib ki, bu münasibətlə Bakıda Nuri Paşaya abidənin, heykəlin qoyulması çox önəmlidir. Həmkarı Fazil Mustafanın Milli Məclisdə bu istiqamətdə səsləndirdiyi təklifləri də dəstəklədiyini deyən millət vəkili Q. Paşayeva bu məsələnin öz həllini tapacağına inandığını bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info









