
İŞİD lideri Əbu Bəkir əl-Bağdadı və terror təşkilatın yüksək səviyyəli döyüşçiləri ilə birlikdə zəhərlənib.
Gununsesi.info “lenta.ru”-ya istinadən xəbər verir ki, zəhər İŞİD liderinin yeməyinə qatılıb. Nəticədə Əl-Bağdadi və onun ətrafındakılar zəhərlənib və səhhətləri ağır vəziyyətdədir. Hadisənin İraqın Suriya ilə həmsərhəd bölgəsiNaynavada baş verib. Hazırda İŞİD tərkibində və bölgədə zəhərlənmə faktı ilə bağlı ciddi axtarış gedir və kütləvi həbslər var. Həbslərə səbəb əl-Bağdadinin kim tərəfindən zəhərlənməsini araşdırmaqdır.
Qeyd edək ki, bir müddət öncə cari ilin iyulunda İŞİD liderinin ABŞ-ın rəhbərliyi ilə həyata keçirilən beynəlxalq koalisiya qüvvələri tərəfindən avizərbələr zamanı öldürüldüyü barədə məlumatlar yayılıb.
Gununsesi.info











