
Onun sözlərinə görə, Suriyada, xüsusən də Hələbdə atəşkəsin pozulması, vəziyyətin gərginləşməsi bu ölkədəki vəziyyəti bir qədər də mürəkkbələşdirib. “Artıq yaranmış durum ciddi addımları atmağa vadar edir. Odur ki, Türkiyə bu istiqamətdə ciddi çabalar göstərməkdədir. Türkiyə prezidenti yaranmış durumua ABŞ prezidenti Barak Obama ilə müzakirə etmək niyyətindədir və bu məqsədlə yaxın günlərdə telefonla danışmaq niyyətindədir. Artıq bu istiqamətdə işlər gedir. Bundan əlavə olaraq məsələ Rusiya prezidenti Putinlə dəmüzakirə olunacaq. Oktabrən 10-da Putinin Terkiyəyə səfəri planlaşdırılır. Ancaq o vaxtadək Türkiyə prezidenti Barak Obama ilə telefonla məsələni müzakirə etmək istəyir”- deyə, İbrahim Kalin vurğulayıb.
Gununsesi.info











