Qvardiola futbolçularına internet qadağası qoydu

  • Müəllif: admin
  • 04 Oktyabr 2016 20:36

qvard

İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola maraqlı addımı ilə diqqət çəkib.

Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı futbolçularına klubun bazasında internetə daxil olmaq və 3G mobil rabitə xidmətindən istifadəyə qadağa qoyub.

Qvardiola bu qadağa ilə yetirmələrinin daha çox bir-biri ilə ünsiyyətdə olmasını istəyir.

Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının cari mövsümündə ilk məğlubiyyətinə ötən tur “Tottenhem”lə matçda məruz qalıb.

Gununsesi.info