Millimizin baş məşqçisi zorlamada ittiham olunur

  • Müəllif: admin
  • 06 Oktyabr 2016 11:26

milli

Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Peter Zayzanbaher pedofilyada ittiham olunur.

Gununsesi.info apasport.az-a istinadən xəbər verir ki, 3 ildi davam edən istintaqın təfərrüatı üzə çıxıb.

Vyana prokurorluğundan mətbuata sızan məlumata əsasən, avstriyalı ikiqat Olimpiya çempionu həddi-buluğa çatmayan bir neçə qızla seksual xarakterli davranışına görə ittiham olunur. 56 yaşlı mütəxəssisin qurbanlarından birinin şikayəti ilə başlayan istintaqda Zayzanbaher 2 qızı zorlamaqda günahlandırılır. O, 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində Vyana idman klublarının birində çalışdığı vaxt bu cinayəti törədib. Prokurorluğun araşdırmasına görə qurbanlarından biri 3 il ərzində qəddarcasına  münasibətlə üzləşib.

Zayzanbaher daha bir – üçüncü qızı zorlamağa cəhddə də şübhəli bilinir.

Olimpiya çempionunun vəkili Bernhard Lehofer bildirib ki, onun müştərisi irəli sürülən ittihamlardan xəbərdardı. Lakin mütəxəssis şərh etməkdən boyun qaçırır.

Gununsesi.info