
ABŞ Rusiya ilə həmsərhəd ölkə olan Norveçdə Dəniz Piyada Qüvvələrini yerləşdirməyə hazırlaşır.
Gununsesi.info CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın Avropadakı dəniz piyadaları komandanı, general Nelson bildirib ki, dəniz piyada qüvvələrinin bir qismini Norveçdə yerləşdirmək niyyətindədir və hazırda bu istiqamətdə danışıqlar gedir: “Norveç Silahlı Qüvvələri ilə aramızda çox sız əməkdaşlıq var və bundan çox məmnunuq. Bu əlaqələrə söykənərək Norveçdə hərbi varlığımızı artırmaq imkanımız olacaq. Əgər Norveç hökuməti tələbimizi qəbul edərsə, NATO-nun Şimal Avropada gücü və varlığı artırılacaq”.
Məsələ ilə bağlı Norveç müdafiə nazirliyinin sözçüsü Lars Gjemble deyib ki, ABŞ-la Norveç müttəfiq ölkədir: “Bu məsələ dəyərlənidirildikdən sonra nəsə demək olar. Bu, bir seçim məsələsidir. Düzdür, hərbçilər arasında bu məsələ müzakirə olunsa da, siyasi hakimiyyət müstəvisində isə dialoq yenicə başlayıb.Odur ki, nəticə barədə nəsə demək, hələ tezdir”.
Ekspertlər Suriya və Ukrayna məsləsində Rusiya ilə ABŞ arasında münasibətlərin getdikcə gərginləşdiyi bir məqamda Amerikanın Norveçdə hərbi varlığını artırması ilə vəziyyəti daha da kəskinləşdirəcəyini düşnürlər. Odur ki, hazırda həm ABŞ-la Norveçin, həm də ekspertlər Rusiyanın məsələyə reaksiyasını gözləyirlər.
Qeyd edək ki, Rusiya ilə Norveçin 195 km-lik sərhəddi var.
Gununsesi.info












