
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Gununsesi.info Daxili İşlər Nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan Hədiyyə Alışova evində dəm qazından zəhərlənib. Zərərçəkən xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ilə bağlı məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info












