
Nərimanov rayonunda iki nəfərin xəsarət almasına səbəb ola yol nəqliyyat hadisəsi baş verib. Gününsəsi.info xəbər verir ki, qəza Səməd Vurgun küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Səməd Vurgun küçəsi ilə kirayə götürdüyü KİA markalı avtomobillə hərəkətdə olan Murad adlı şəxs işıqforun qırmızı işığında dayanmayıb. Nəticədə Kia öz yolunda hərəkət edən BMW ilə toqquşub. Zərbənin təsirindən BMW yoldan çıxaraq dükana çırpılıb. Hadisə zamanı BMW-nin sürücüsü Aydın Ələsgərov və sərnişini Elşən Nurəliyev xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Xəstəxandan verilən məlumata görə, yaralı Elşən Nurəliyev əməliyyat götürülüb, Aydın Ələsgərovun xəsarətləri isə yüngül olduğundan ambulator müalicəyə buraxılıb.
Hadisə yerində Nərimanov polisi olub. Müayinələr aparılıb. Qəzaya uğrayan avtomobillər cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar araşdırmalar aparılır.
Gününsəsi.info










