Qubada ağır qəza -1 ölü 5 yaralı

  • Müəllif: admin
  • 22 Oktyabr 2016 15:30

qeza252

Oktyabrın 21-də saat 01 radələrində Quba rayonunun Vladimirovka kəndində rayon sakini Habil Muradovun idarə etdiyi VAZ-2106 və Qusar rayon sakini Bəxtiyar Sadirovun idarə etdiyi “Azsamand” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, qəzada B.Sadirovun sərnişinlərindən Rusiya Federasiyası vətəndaşı Lida Madirsultanova hadisə yerində ölüb, digər 2 sərnişini, habelə H.Muradovun 1 sərnişini, eləcə də hər 2 sürücü xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

 

Gununsesi.info