“İlk boru xəttinin tikintisi 2019-cu ildə tamamlana bilər” - "QAZPROM"

  • Müəllif: admin
  • 25 Oktyabr 2016 10:40

boru
“Türk axını” qaz boru layihəsi cərcivəsində (Turkish Stream) üzrə ilk boru xəttinin tikintisi 2019-cu ilin sonunda tamamlana bilər”.
Gununsesi.info Türkiyənin “Guneş” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller paytaxt Moskvada bir araya gələn Rusiyanın dövlət başçısı Vladimir Putinə “Türk axını” qaz boru layihəsi ilə bağlı fikirlərini şərh edərkən deyib.
“Türk axını” qaz boru layihəsi ilə bağlı tikinti üçün Türkiyədən lazımı icazələrin alındığını xatırladan A. Miller – “Türk axını” qaz boru layihəsi cərcivəsində (Turkish Stream) üzrə ilk boru xəttinin tikintisi 2019-cu ilin sonunda tamamlana bilər” – deyə, A. Miller sözlərinə əlavə edib.
Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey layihə çərçivəsində inşa ediləcək15.75 milyard kubmetr tutumlu (Turkish Stream) ilk boru xəttinin tikintisi Türkiyə bazarı üçün planlaşdırıldığını, ikinci xəttin – “Türk axını”nın isə Avropadakı müştərilər üçün nəzərdə tutulduğunu bildirib.
Anar
Gununsesi.info