Lukaşenko: “Minsk danışıqlar üçün dinc məkan öhdəliyini yerinə yetirir”

  • Müəllif: admin
  • 28 Oktyabr 2016 11:42

lukasenka1

“Minsk danışıqlar üçün dinc məkan öhdəliyini yerinə yetirir”.  

Gununsesi.info Belarus mətbuatına istinadən xəbər verir ki, bu haqda Belarusun prezidenti Aleksandr Lukaşenko Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşü zamanı deyib.

Xatırladaq ki, bu gün  Minskdə  bu gün MDB  Hökumət Başçıları Şurasının iclası keçiriləcək. Sessiyada MDB-nin fəaliyyətinin prioritet sahələri üzrə əməkdaşlığın gələcək inkişafı ilə bağlı 20-dən çox sənəd layihəsinin nəzərdən keçirilməsi planlaşdırılır.

Belə ki,  əsas diqqət iqtisadi əməkdaşlıq məsələlərinə yönəldiləcək. O cümlədən azad ticarət zonasının yaradılması üzrə sazişlə bağlı vəziyyət, 2030-cu ilədək enerji resurslarının hasilat və istehlak proqnozu, iqtisadi-maliyyə sahəsindəki əməkdaşlıqla bağlı məsələlər, əqli mülkiyyət bazarının formalaşması və inkişafı müzakirə ediləcək.

HBŞ-nin iclasında, həmçinin humanitar sahə üzrə bir sıra əhəmiyyətli sənədlərin nəzərdən keçirilməsi planlaşdırılır.

Eyni zamanda, 2017-ci ildə Birlik ölkələrinin birgə Hava hücumundan müdafiə sisteminin yaradılması və inkişafı üçün maliyyə vəsaitlərinin ayrılması barədə qərar qəbul ediləcəyi gözlənilir.

Bundan əlavə, hökumət başçıları bir sıra maliyyə-büdcə məsələlərini nəzərdən keçirəcək və növbəti görüşün tarixi və yerini müəyyənləşdirəcək.

Gülnaz Qənbərli

Gununsesi.info