“Zirə” “Kəpəz”ə qalib gəldi

  • Müəllif: admin
  • 30 Oktyabr 2016 17:00

zire

 

Bu gün Azərbaycan Premyer Liqasında X turun növbəti oyunu keçirilib.
Gununsesi.info xəbər verir ki, günün ilk qarşılaşmasında Bakının “Zirə” və Gəncənin “Kəpəz” klubları üz-üzə gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən matç bakılıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Zirə”nin heyətində Cavid Tağıyev və Elvin Məmmədov fərqlənib.

Bununla da paytaxt klubu məğlubiyyətsizlik oyunlarının sayını 4-ə çatdırıb və 14 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.

“Kəpəz” isə 11 xalla 5-ci pillədə qərarlaşıb.

Gununsesi.info