Azərbaycan beynəlxalq aləmə ultimatum verməlidir - POLİTOLOQ

  • Müəllif: admin
  • 31 Oktyabr 2016 13:55
Elxan Shahinoglu
Azərbaycan Ermənistana və beynəlxalq aləmə ultimatum verməlidir.
Gununsesi.info xəbər verir ki, bu fikri “Atlas” Araşdırmalar Mərkəsinin rəhbəri Elxan Şahinoğlu son günlərdə cəbhə xəttində ermənilərin aktivliyini şərh edərkən  bildirib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq aləmə və Ermənistana təzyiq metodları  tapılmalıdır.”Düşmən aprel döyüşlərindən və verdiyi itkilərdən nəticə çıxarmadı. Danışıqlarla da alınmır. Böyük dövlətlər isə rəsmi İrəvana təzyiq etmək istəmirlər. Demək, yeganə alternativ Azərbaycanın Ermənistana və beynəlxalq aləmə ünvanlayacağı ultimatum olmalıdır”- deyə, politoloq vurğulayıb.
O hesab edir ki, bu ultimatumda konkret olaraq  münaqişənin həlli vaxtı öz əksini tapmalıdır. “Məsələn 3 ay ərzində Ermənistan Dağlıq Qarabağa aidiyyatı olmayan rayonları boşaltmazsa Azərbaycan ordusu bu torpaqları azat etmək əməliyyatına başlamaq məcburiyyətində qalacaq.Qoy həm Ermənistan, həm də beynəlxaq aləm vahimə içində olsun. Bəlkə onda nəsə hərəkətlənmə olar. Çünki başqa çarə qalmayıb”- deyə, o bildiirb.
Mürtəza
Gununsesi.info