Çilidə zəlzələ olub – 6,3 bal

  • Müəllif: admin
  • 04 Noyabr 2016 22:26

1047655951

 

Çilidə 6,3 maqnitudalı zəlzələ baş verib.

Gununsesi.info-nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, zəlzələnin episentri Talka şəhərindən 116 km uzaqlıqda yerləşib.

Yeraltı təkanlar paytaxt Santyaqoda hiss olunub.

Dağıntılar və xəsarət alanlar haqda məlumat yoxdur.

 

Gununsesi.info