
Bakı şəhərində avtobus yoldan keçən şəxsi vuraraq öldürüb.
Gununsesi.info Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 4-də saat 06:00 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini İlqar Hüseynov idarə etdiyi “İveco” markalı avtobusla yolu keçən Kəmalə Rəhimovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.
Gununsesi.info









