
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğa Pakistandakı səfərini başa vuraraq Özbəkistanın paytaxtı Daşkəndə rəsmi səfərə gedib.
Gununsesi.info-nun “Takvim” qəzetinə istinadən xəbər verir ki, Özbəkistanın mərhum birinci prezidenti İslam Kərimovun məzarını ziyarət edən Rəcəb Tayyib Ərdoğa daha sonra prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən baş nazir Şövkət Mirziyayevlə görüşüb.
Görüşdən öncə Rəcəb Tayyib Ərdoğa bəyan edib ki, Özbəkistanda həyata keçirilən sosial-iqtisadi siyasət ölkənin davamlı iqtisadi inkişafını təmin edir: “Eyni zamanda, 4 dekabr prezident seçkilərində özbək xalqına uğur arzulayıram. Biz müxtəlif sahələrdə əlaqələrimizi inkişaf etdirmək üçün səylərimizi artırmalıyıq”.
Şövkət Mirziyayev Rəcəb Tayyib Ərdoğanı öz ölkəsində görməkdən məmnunun olduğunu deyərək əlavə edib ki, “Türkiyə Özbəkistanın müstəqilliyini ilk tanıyan və böyük dəstək verən bir ölkədir və biz bunu heç bir zaman unutmayacağıq”.
Anar
Gununsesi.info









