
Güclü qar və kəskin şaxtalar Qazaxstanın bir sıra şəhərlərində həyatı iflic vəziyyətinə salıb.
Gununsesi.info Tengrinews.kz-yə istinadən xəbər verir ki, hazırda Qazaxstanın əsas şəhərləri olan Astana və Almatıya 60 sm hündürlüyündə qar yağıb. Bu isə normadan 2-3 dəfə artıqdır.
Astanada havanın tepmeraturi mənfi 35- 40 dərəcə şaxtanı göstərir.
Qarlı və şaxtalı hava şəraitib nəticəsndə Qazaxstanın 6 vilayətində məktəblər bağlanıb. Astana və Almatıda avireyslər təxirə salınıb.
Hava şəraiti ilə əlaqədar olaraq Astanada hazırda 30-a yaxın avireys təxirə salınıb.
Astanada yolları qardan təmizləmək üçün 4500 nəfər cəlb edilib.
Astanada bir dır kafelərdə şaxalı havadan əziyyət çəkən insanlara pulsuz olaraq isti çay və kofe təklif edir.
Gununsesi.info












