Çörəyin qiyməti bahalaşacaq - AÇIQLAMA

  • Müəllif: admin
  • 29 Noyabr 2016 16:08

corek

Qazın və işığın bahalaşması çörəyin də qiymətlərinə təsirsiz ötüşməyəcək.

Gununsesi.info fins.az-a istinadən xəbər verir ki, Bakıdakı çörək istehsalı ilə məşğul olan şirkətlərdən verilən məlumata görə, un məmulatları, o cümlədən çörək bahalaşacaq.

“Nur” çörək zavodunun satış müdiri Saməddin Məmmədxanov  bildirib ki, kommunal xərclərin artması çörəyə iki şəkildə təsir göstərə bilər: “Ya çörəyin çəkisi dəyişə bilər, ya da qiymətlər artacaq. Amma hələlik bununla bağlı nəsə demək tezdir. Çörəyin bahalaşması  yeni ildən baş verə bilər”.

Gununsesi.info