Avtomobilin yanacaq çənindən mobil telefonlar çıxdı - FOTO

  • By admin
  • 30 Noyabr 2016 13:02

qalaks
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, baxış zamanı avtomobilin yanacaq çəninin içərisində gömrük nəzarətindən gizlədilən 12 ədəd “Samsung Galaxy J2”, 1 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar – 22 ədəd mobil telefon qutusu, 12 ədəd qidalandırıcı başlıq, 12 ədəd USB kabel və 9 ədəd “qulaqcıq” aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info