
Ağdaşda rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, dekabrın 2-də saat 12 radələrində Ağdaş rayonunun Əmirarx kəndində Bakı şəhər sakini Yaşar Piriyev idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Nəticədə sərnişini, anası Mərcan hadisə yerində ölüb, özü və 5 sərnişini xəstəxanaya yerləşdirilib.
Anar
Gununsesi.info







