“Qafqaz İmarəti” qruplaşmasının yerli qolunun başçısı öldürüldü

  • Müəllif: admin
  • 04 Dekabr 2016 08:00

fbs

Dağıstanda öldürülən silahlı Rüstəm Aselderov “Qafqaz İmarəti” qruplaşmasının yerli qolunun başçısı olub.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin saytında bildirilir.

Məlumata görə, hadisə yerindən çoxlu sayda silah-sursat götürülüb.

Polis və dinc sakinlər arasında yaralanan olmayıb.

Rüstəm Aselderovun Rusiya ərazisində törədilə bir çox terror aktlarının təşkilatçısı olduğu bildirilir.  O, həmçinin 2013-cü ilin dekabrın sonunda Volqoqradda dəmir yolu vağzalı və trolleybusda 34 nəfərin ölümü və 78 nəfərin yaralanması ilə nəticələnən partlayışların təşkilatçısı olub.

Gununsesi.info