
Zaqatalada yanğın hadisəsi qeydə alınıb.
Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Zaqatala şəhərində ümumi sahəsi 600 m2 olan ikimərtbəli “Kapital Bank” ASC-nin Zaqatala Rayon Filialinin 2-ci mərtəbəsində, mətbəxdə 4 m2 sahədə əşyalar (1 ədəd soyuducu, 1 ədəd elektrik çaydanı və 1 ədəd divan) yanıb. Bank binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info









