Daşkəsən rayonunda yük maşını dərəyə aşıb.
Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Heydər Əliyev küçəsində baş verib.
“Hova” markalı yük maşını küçədə dönmə əməliyyatı edərkən yolun qarlı olması səbəbindən sürüşərək dərəyə aşıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info










