Bakıda 27 yaşlı oğlan döyülərək bıçaqlandı

  • Müəllif: admin
  • 07 Dekabr 2016 21:13

bicaq_3fvj4746346

 

Bakıda 27 yaşlı oğlan döyülüb və bıçaqlanıb.

Report-un xəbərinə görə, hadisə Əlibəy Hüseynzadə küçəsi ev 82-nin qarşısında baş verib.
Belə ki, Lənkaran rayon sakini 1989-cu il təvəllüdlü Elvin Abdullayev yaşadığı binanın həyətində Hüseyn adlı şəxslə mübahisə edib. Münaqişə zamanı E.Abdullayev döyülüb və bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır

Gununsesi.info