Hindistanda ağır qəza: 13 ölü 2 yaralı - FOTO

  • Müəllif: admin
  • 10 Dekabr 2016 11:20

hindis

Hindistanda dəhşətli yol qəzası baş verib.

Gununsesi.info “Akşam” qəzetinə istinadən xəbər verir ki, Hindistanın Pəncab əyalətinə bağlı Aboxar şəhərində bir cip, yük avtomobilinə çırpılıb.

Meydana gələn qəzada 5-i qadın olmaqla, ümumilikdə 13 nəfər müəllim ölüb, daha 2 nəfər isə yaralanıb. Yaralılar dərhal Aboxar şəhər xəstəxanasına yerləşdirilib.

Qəzanın baş vermə səbəblərinin dəqiqləşdirmək məqsədi ilə istintaq başladılıb.

Anar
Gununsesi.info