Abşeronda dəyirmanın hasarı uçub, 2 nəfər ölüb

  • Müəllif: admin
  • 17 Dekabr 2016 18:52

meyit

 

Abşeronda bədbəxt hadisə baş verib, 2 nəfər ölüb.

Gununsesi.info-nun xəbərinə görə, Xırdalanda dəyirmanın hasarı uçub. Nəticədə iki fəhlə uçqun altında qalaraq, ölüb.

Abşeron rayon Prokurorluğundan Gununsesi.info-ya bildirilib ki, “Arient” MMC-yə məxsus dəyirmanın hasarı aşıb. Nəticədə 1994-cü il təvəllüdlü Rəcəb Cavadov və 1995-ci il təvəllüdlü Sadiq Mehdiyev uçqun altında qalaraq, ölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi başlanıb.

 

 

Gununsesi.info