Belarus Rusiyaya etiraz notası verdi

  • Müəllif: admin
  • 22 Dekabr 2016 19:20

mid1482414268-300x190

 

Belarus Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfirini yanına çağıraraq etiraz notası təqdim edib.
Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, buna səbəb Moskvada Strateji Araşdırmalar İnstitutunun direktoru Leonid Reşetnikovun Belarus haqda səsləndirdiyi fikirlərdir.

Belə ki, Reşetnikov belarus dilinin 1926-cı ildə Mərkəzi Komitənin qərarı ilə süni şəkildə yaradıldığını bildirib və Belarusun Rusiyanın ayrılmaz ərazisi olduğunu deyib.

 

Gununsesi.info