Dollar qıtlığı yaradanlar prezidentə qarşı çıxırlar

  • Müəllif: admin
  • 27 Dekabr 2016 15:15
fikret_yusifov_080515
“Azərbaycanda dollar qıtlığı yaradanlar təxribatla məşğuldurlar, onlar bu hərəkətləri ilə prezident  İlham Əliyevə qarşı çıxırlar”
Gununsesi.info xəbər verir ki, bunu sabiq maliyyə naziri, professor Fikrət Yusifovölkədəki dollar qıtlığına mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, artıq bir müddətdir ki, banklar dollar satışını dayandırıblar. “Görəsən bu qərarı qəbul edən məmurlar anlayırlarmı ki, onların bu addımı hansı fəsadlar yaradır? Minlərlə insan xaricdə oxuyan övladının təhsil haqqını ödəmək, xaricdə müalicə olunmaq məqsədilə milli valyuta əllərində dollar axtarışındadırlar. Onlar son nəticədə bu dolları tapırlar – ancaq haradan və hansı qiymətə? Bir tərəfdən qara bazara qarşı mübarizə aparırıq deyib, digər tərəfdən insanları bu şəkildə ora yönəltməklə biz nəyə nail oluruq görəsən? Qara bazarı bu qədər eybəcər bir formada yaşatmaq kimə lazımdır? Xarici valyutanın satışını dayandıran məmurlar yəqin ki, hər kəsdən daha yaxşı anlayırlar ki, bu eyni zamanda ölkədə ərzaq və dərman qıtlığına və onların qiymətlərinin qalxmasına səbəb olacaq. Bu adamlar kimə xidmət edirlər?”- deyə, sabiq nazir vurğualyıb.
 F.Yusifov əlavə edib ki, mən bir onu başa düşürəm,  dollar qıtlığını yaradanlar Prezidentə deyil öz maraqlarına xidmət edirlər. “Bu əməllərin adı sadədir – bu təxribatdır”- deyə,sabiq nazir bildirib.
Gununsesi.info