
“AtaBank”ın İdarə Heyətinin sədr müavini Emil Əmirov vəzifəsini tərk edib.
Gununsesi.info-nun banka istinadən verdiyi məlumata görə, həmin vəzifə hazırda vakant olaraq qalır.
Bankın İdarə Heyətinə hazırda 4 nəfər daxildir – sədr Dəyanət Quliyev, müavinləri Etibar Babaşlı, Səbuhi Əliyev və Rauf Hüseynov.
“AtaHolding”in tərkibinə daxil olan “AtaBank” bank sektorunda 1993-cü ildən fəaliyyət göstərir.
Gununsesi.info







