Tanınmış rəssam Fransadan sığınacaq istədi

  • By admin
  • 17 Yanvar 2017 11:45

unnamed (3)
“Fransada səfərdə olan rusiyalı rəssam-aksionist Pyotr Pavlensky bu ölkədən sığınacaq tələb edəcək”.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu haqda rəssamın vəkili Alla Şvelkina “L’Express” jurnalına açıqlamasında belə deyib. O bildirib ki, yanvarın 14-də P. Pavlensky həyat yoldaşı Oksana Shalygina və iki uşağı ilə birlikdə Parisə gedib: “P. Pavlensky Parisdə olduğu müddətdə, Fransa hökumətindən siyasi sığınacaq tələb edəcək”- deyə, A. Şvelkina əlavə edib.

Qeyd edək ki, 2014-cü ilin fevralında P. Pavlensky Ukraynadakı inqilabı dəstəkləmək üçün küçədə maşın şini yandırıb, 2013-cü ilin noyabrında isə Qızıl Meydanda bədəninin bir hissəsini yerə mismarlayıb. Bundan başqa Rusiya Federasiyasının prezidenti Vladimir Putinə qarşı mahnı oxuduqları üçün həbs edilən “Pussy Riot” qrupuna hökm oxunanda isə ağzını tikib.

unnamed unnamed (2)

Anar

Gununsesi.info