
Qazax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info-nun verdiyi məlumata görə, “Mercedes” və “VAZ2107” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-da olan iki nəfər – rayonun Xanlıqlar kənd sakinləri, 1989-cu il təvəllüdlü Tural Hüseynov və 1988-ci il təvəllüdlü Amil Hüseynov müxtəlif bədən xəsarətləri alıb. Onlar Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info












