
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda avtomobil yolunda “Lada” markalı minik avtomobili “Volvo” markalı yük avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
Gununsesi.info nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Lada” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1972-ci il təvəllüdlü Abbasov Faiq İsaq oğlunun cəsədinin çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:56-da başa çatıb.
Anar
Gununsesi.info












