
Suriya böhranı ilə əlaqədar Türkiyə, Rusiya və İran bu ölkədə hərbi əməliyyatların dayandırılması və atəşkəsin pozulması hallarına nəzarət mexanizmi üzərində işlərə başlayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Birləşmiş Ərəb Əmrliklərinin paytaxtı Abu-Dabuda təşkil edilən forumda çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib.
Belə ki, S. Lavrov bildirib ki, Türkiyə-Rusiya-İran arasında əldə olunmuş razılaşmaya əsasən, Koordinasiya Komitəsi yaradılıb:
“Hazırda bu, komitə Suriyada atəşkəsin pozulması hallarına nəzarət edir. Lakin atəşkəs “İŞİD” və “Fəth əş-Şam” (keçmiş adı “Əl-Nusra”) terror qruplaşmalarına şamil edilmir”, – deyə o bildirib.
Anar
Gununsesi.info











