Trampdan İranla bağlı növbəti həmlə

  • Müəllif: admin
  • 08 Fevral 2017 22:42

trump_sign

 

Donald Tramp administrasiyası İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etməyə hazırlaşır.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Röyter”ə adı açıqlanmayan mənbə bildirib.

Məlumata görə, ABŞ bu layihəni İrana qarşı hazırladığı sanksiyalar çərçivəsində həyata keçirmək niyyətindədir.

Mənbə qeyd edib ki, hazırda ABŞ hakimiyyəti İranı özünə bir nömrəli təhlükə olaraq görür.

 

Gununsesi.info