Bakıda 45 yaşlı qadın kirayədə yaşadığı evdə qətlə yetirilib

  • Müəllif: admin
  • 09 Fevral 2017 12:32

qetl

Bakıda qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, fevralın 8-də Göyçay rayon sakini 45 yaşlı Zülfiyyə Rəhimovanın üzərində zorakılıq əlamətləri olan meyiti Suraxanı rayonu Hövsan qəsəbəsində kirayədə yaşadığı evdə tapılıb.

Suraxanı rayon Polis İdarəsi 30-cu Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Sabirabad rayon sakini 25 yaşlı Paşa Cəbrayılov tərəfindən törədilməsi müəyyən edilib.

Sabirabad rayon Polis şöbəsi əməkdaşları tərəfindən görülən profilaktiki tədbir nəticəsində P.Cəbrayılov könüllü RPŞ-yə gələrək hadisəni törətdiyini etiraf edib.

Araşdırma aparılır.

Gununsesi.info