
Hüquq müdafiəçiləri iddia edirlər ki, Azərbaycanda Avropa Məhkəməsinin qərarları ilə təyin olunan təzminatların ödənməsində problemlər var. Onlar iddia edirlər ki, Avropa Məhkəməsinin ötən il Azərbaycanla bağlı qəbul etdiyi qərarların demək olar ki, heç biri yerinə yetirilməyib.
Hüquq müdafiəçilərinin mətbuata verdikləri açıqlamada bildirilir ki, Azərbaycan tərəfi Avropa Məhkəməsinin onun baxdığı işlərdən 27-nin qərarını yerinə yetirməyib və 334 min 150 avro məbləğındə kompensasiyanı ödəməyib.
Bildirilib ki, ümumiyyətlə, Azərcan üzrə kompensasiya ödənilməyən işlərin sayı 50-yə yaxındır və bu məbləğ yarım milyon avrodan artıqdır. Kompensasiya alacaq şəxslər isə iddia edirlər ki, buna səbəb məsələnin yuxarı səviyyədə dondurulmasıdır.
Gununsesi.info-nun bu məsələylə bağlı sorğusunu cavablandıran Ədliyyə Nazirliyindən bildirilib ki, Azərbaycanda Avropa Məhkəməsinin qərarları ilə təyin olunan təzminatların ödənilməsi məsələsini bu nazirlik həyata keçirmir.
Gülnaz Qənbərli
Gununsesi.info












