
Fevralın 10-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şurasının (YDSK) aşağı palatası olan Birgə Strateji Planlama Qrupunun növbəti, 5-ci iclasında iştirak etmək üçün Kiyevə səfər edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, toplantıda iştirak etmək məqsədi ilə adı çəkilən ölkəyə səfər edən xarici işlər naziri Mövlud Çavuşoğlu ilk görüşünü prezident Petro Poroşenko ilə keçirib.
Bundan sonra Türkiyə xarici işlər nazirliyinin mədəniyyət, Şərqi Avropa və Asiya İşləri üzrə məsləhətçi müavini Ümid Yardım və Türkiyənin Ukraynadakı səfiri Yönet Can Teze də görüşdə iştirak ediblər.
Görüşdə Türkiyə ilə Ukrayna arasında regional və ikitərəfli əlaqələrin, eləcə də digər sahələrin inkişaf etdirilməsi məsələləri müzakir olunub.
Nazir daha sonra Krım Tatar xalqının lideri və Ukraynanın millət vəkili Mustafa Abdülcemil Kırımoğlu, Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov və Dünya Axıska Türkləri Birliyinin Ukrayna təmsilçisi Marat Rasulo, Ukrayna Qaqauzları Birliyi Dərnəyinin sədri Vasiliy Kəloglu və Odessa Bölgə Məclis sədrinin müavini Yuriy Dimçogluyla görüşüb.
Mövlud Çavuşoğlu ukraynalı həmkarı Pavlo Klimkinin həmsədrliyində keçiriləcək toplantıda da iştirak edəcək. Yığıncaqdan sonra M. Çavuşoğlu P. Klimki ilə birlikdə mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, M. Çavuşoğlu konfransdan sonra Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdi zamanı Anadolu Agentliyinin (AA) müxbirlərinin çəkdiyi fotoşəkillərdən ibarət “15 iyulda Türkiydə nə baş verdi?” başlıqlı sərginin açılışında da iştirak edəcək.
Anar
Gununsesi.info












