Rusiyada təyyarə təcili eniş etdi

  • Müəllif: admin
  • 11 Fevral 2017 20:56

pic_0f1d75c9f84835254dd5a7ba6f17df90

 

Rusiyada Moskvadan Xabarovskiyə uçan “Boing-777” tipli təyyarə Yekaterinburqda məcburi eniş etməli olub.

Gununsesi.info “İnterfaks”a istinadən xəbər verir ki, təyyarənin təcili eniş etməsinə səbəb sərnişinlərdən birinin səhhətində yaranmış problemə görə olub.

Vəziyyəti ağırlaşan kişiyə həkimlər müdaxilə etsələr də, o, xəstəxanaya gedən yolda dünyasını dəyişib.

Qeyd edək ki, təyyarənin göyərtəsində 392 sərnişin və 7 ekipaj üzvü olub.

 

Gununsesi.info