Vaşinqton ştatında 61 yaşlı müəllim Harris Levinson təkbaşına gəzintidən geri qayıtmayıb. Onun 30 metr hündürlüyündəki çuxura düşən cəsədi həftələr sonra tapılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, San Francisco Chronicle-a görə, Levinson iyunun 23-də Kaliforniyadakı Whitney Portal-dan Yosemit Milli Parkına yürüşə çıxdı.
61 yaşlı müəllim yürüş zamanı təxminən 30 metr dərinlikdəki çuxura düşdü. Onun cəsədi İnyo İlçe Axtarış-Xilasetmə Xidməti tərəfindən iyulun 12-də tapılıb.
Hüquq-mühafizə orqanları Levinsonun təhlükəli alpinizm marşrutu ilə getməyə cəhd etdiyini, dostlarının isə bədbəxt müəllimin səfəri aylar öncədən planlaşdırdığını bildiriblər.
Vaşon liseyində rəssamlıq müəllimi işləyən Levinsonun ölümü onun ailəsini və yaxınlarını sarsıdıb. Tələbələri və həmkarları tərəfindən sevilən Harris Levinson həm də istedadlı yazıçı idi. Səlahiyyətlilər xəbərdarlıq etdi ki, Yosemite Milli Parkı ildə orta hesabla 11 ölümlə ABŞ-də üçüncü ən ölümcül əyalət parkıdır.
Orxan












