Yasamalda qadın güllələnərək öldürüldü - Əri saxlanıldı

  • Müəllif: Firuzə
  • 16 İyul 2025 15:33

Bu gün paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qətl törədilib.

Gununsesi.info xəbər verir ki, hadisə Məhəmməd Xiyabani küçəsi 2 ünvanında qeydə alınıb. Doqquzmərtəbəli binada yaşayan 1986-cı il təvəllüdlü Fərqanə Kərimova aldığı güllə xəsarətlərindən vəfat edib.

Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Vasif Kərimov polisin keçirdiyi tədbirlərlə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info