ABŞ-nin müdafiə naziri kəşfiyyat idarəsinin rəhbərini vəzifəsindən azad edib

  • Müəllif: Günel
  • 22 Avqust 2025 23:11

ABŞ-nin müdafiə naziri Pit Heqset Pentaqonun kəşfiyyat idarəsinin rəhbəri general-leytenant Cefri Kruzu vəzifəsindən azad edib.

Gununsesi.info xəbər verir ki, bu barədə mənbələrə istinadən “Washington Post” məlumat yayıb.

Qəzetin həmsöhbətləri generalın işdən çıxarılmasının dəqiq səbəbini açıqlamayıblar, sadəcə olaraq, Cefri Kruza qarşı inamın itirilməsi ehtimalını irəli sürüblər.

ABŞ Müdafiə Nazirliyi və ya kəşfiyyat idarəsi hələlik xəbərə münasibət bildirməyib.

Gununsesi.info