Masallıda faciə: 17 yaşlı oğlan suda boğuldu

  • Müəllif: Firuzə
  • 04 Sentyabr 2025 11:32

Masallı rayonunda 17 yaşlı oğlan faciəli şəkildə ölüb.

Gununsesi.info -nun məlumatına görə, hadisə rayonun Sirəbil kəndində baş verib. Kənd sakini, 2008-ci il təvəllüdlü Ziyafət Şaiq oğlu Nəhmətov ehtiyatsızlıqdan atdan su hövzəsinə yıxılaraq boğulub.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.info