İran məscidlərdə Məhərrəmlik mərasimlərini qadağan etdi

  • By admin
  • 22 Avqust 2020 09:37

İranın Koronavirusla Milli Mübarizə Komitəsi Tehran vilayətinin məscidlərində Məhərrəmlik mərasimlərini qadağan edib.

Gununsesi.info xəbər verir ki, Tehran vilayəti Məscidlərinin Məsələlərin Araşdırılması üzrə Mərkəzinin Məlumatına görə, bu qadağa İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarlarının yerinə yetirilməsi ilə əlaqədar məscidlərin qapalı məkan olduğu üçün qəbul olunub.

Bundan başqa, açıq məkanları olan məscidlərdə matəm mərasimlərinin keçirilməsi səhiyyə protokolları əsasında keçirilə bilər.

Gununsesi.info