“AAAF Park”ın sahibi həbs edildi - TOFİQ HEYDƏROVUN HANSISA DİNİ SEKTANIN ÜZVÜ OLDUĞU DEYİLİR

  • By admin
  • 22 Sentyabr 2017 14:42

aaaf-park

“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edilib. 

Gununsesi.info bildirir ki, ölkə.az-ın əldə etdiyi məlumata görə, prokurorluq əməkdaşları “AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb.

Parkın ərazisindəki bütün obyektlərə prokurorluq tərəfindən həbs qoyulub. Hazırda “AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, ancaq bu barədə ölkə.az-a məlumatı boşaldılan obyekt sahibləri də təsdiqləyiblər.

Obyekt işçiləri arasında gəzən söhbətə görə, iş adamı Tofiq Heydərov hansısa dini sektanın üzvüdür.

aaf park sahibi

Gununsesi.info