AB ləğv olunmalıdır - Mask

  • Müəllif: Firuzə
  • 06 Dekabr 2025 19:51

Avropa Birliyi (AB) ləğv olunmalı və ayrı-ayrı ölkələrin suverenliyi bərpa edilməlidir ki, dövlətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsinlər.

Gununsesi.info xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X-da yazıb.

O, həmçinin əlavə edib ki, avro-bürokratiya Avropanı yavaş-yavaş boğur.

Qeyd edək ki, iş adamının bu qəzəbinə səbəb ötən gün Avropa Komissiyasının Maskın sahibi olduğu X sosial şəbəkəsini 120 milyon avro cərimələməsi olub.

 

Gununsesi.info