Əraqçi: Türkiyə İranın parçalanması planının qarşısını aldı

İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyənin İranın parçalanmasına yönəlmiş iddia edilən ssenarinin qarşısının alınmasında mühüm rol oynadığını bildirib.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

Əraqçinin sözlərinə görə, Türkiyə İraqın şimalından silahlı kürd qruplaşmalarının İran ərazisinə keçməsinin qarşısını alıb. O qeyd edib ki, bununla da ölkənin parçalanmasına yönəlmiş təhlükəli plan pozulub.

İranlı nazir bildirib ki, Türkiyə bu müddətdə həm diplomatik addımlar atıb, həm də qətiyyətli mövqe nümayiş etdirib. Onun fikrincə, Ankara regionda sabitliyin qorunmasına və sözügedən ssenarinin baş tutmamasına mühüm töhfə verib.

 

Gununsesi.info