Abbasdan Zamiqə sərt sözlər: - "MƏNƏ QARŞI NƏ QƏDƏR SƏHV OLAR?"

  • By admin
  • 15 Aprel 2017 21:15

abbas zamiq

Əməkdar artist Abbas Bağırov müğənni Zamiq Hüseynovla küsülülüyündən danışıb.

Gununsesi.info-nun məlumatına görə, Abbas Bağırov “Xəzər maqazin”ə açıqlamasında bildirib ki, həmkarı ilə barışmağı düşünmür:

“Düzgünlüyün tərəfdarıyam. Heç vaxt onu diqqətdən kənarda saxlamamışam. Yəqin problemin nə olduğunu unudub. Bir dəfə ad günümə Zamiqi çağırdım. Səhnəyə çıxıb mikrofonu götürüb, Zamiqi səslədim, baxıram yoxdur. Beş dəqiqəyə gəlirəm deyib, gedib. Ondan sonra ailəmdə xeyir iş oldu, ora çağırdım gəlmədi.
Neçənci dəfə mənə qarşı diqqətsizlik etdi. Mənə qarşı nə qədər səhv olar? Ağac deyiləm ki, bunlara dözəm. İnsanam, hər şeyi görürəm, kənardan insanlar da müşayiət edirlər.

Salam, Allahın salamıdır. Amma münasibətimiz olsun istəmirəm, ona görə də sağ ol”.

Gununsesi.info