Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən gedir? - SƏLAHİYYƏTLƏRİNİ PROREKTORA HƏVALƏ ETDİYİ DEYİLİR

  • Müəllif: admin
  • 07 Fevral 2018 14:28

Bakı Dövlət Universitenin (BDU) rektoru Abel Məhərrəmovun vəzifə səlahiyyətlərini prorektora həvalə etməsi ilə bağlı məlumat yayılıb.

Gununsesi.info xəbər verir ki, a24.az saytı BDU-da bu həftədən etibarən təhvil-təslim işlərinə başlanıldığını da qeyd edib.

Məsələ ilə bağlı “qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova ilə əlaqə saxlayıb. Universitet rəsmisi yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.

Gununsesi.info